Şəkidə 62 yaşlı kişi bıçaqlanıb

23:19 - 12 May 2019 - HADİSƏ

Şəkidə 62 yaşlı kişi bıçaqlanıb.

Bu gün axşam saatlarında Şəki şəhəri, Bağbanlar küçəsi ev 14 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Qabil Ələsgər oğlu İbrahimov bir neçə bıçaq xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı Q.İbrahimov dostunun oğlu tərəfindən bıçaqlandığını deyib. Q.İbrahimova sol budun arxa səthinin, sağ qolun bazu və bilək nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır./ONA

Xəbər xətti