Cəlilabadda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb

20:50 - 12 May 2019 - HADİSƏ

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Alarkəndi ərazisində qeydə alınıb. Belə ki, yolun kənarında oynayan kənd sakini, 5 yaşlı uşağı "VAZ-2107" markalı minik avtomobili vurub. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda azyaşlının şəxsiyyəti dəqiqləşdirilir. Məlumata görə, sürücü avtomobili yenicə alıb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti