Trampın Türkiyəyə iyulda səfər edəcəyi gözlənilir

14:24 - 12 May 2019 - DÜNYA

ABŞ prezidenti Donald Trampın Türkiyəyə bu ilin iyulunda səfər etməsi gözlənilir.

Bunu Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak "CNN Türk" telekanalına müsahibəsində bildirib. 

Aprelin 15-də Vasinqtonda Türk-Amerika İş Şurası çərçivəsində ABŞ prezidenti ilə görüşdən danışan B. Albayrak qeyd edib ki, D. Tramp həmin görüşdə Türkiyəyə gələcəyini bildirib:

"İndi isə səfərin tarixindən danışılır. ABŞ prezidentinin səfərinin iyulda baş tutması ehtimalı yüksəkdir"./ONA

Xəbər xətti