Zaqatalada qadın qaynı tərəfindən DÖYÜLDÜ

12:05 - 12 May 2019 - HADİSƏ

Zaqatalada 35 yaşlı qadın qaynı tərəfindən döyülüb.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, rayonun Qandax kənd sakini, 1984-cü il təvəllüdlü Esmira Şirin qızı Bayramova bədənin müxtəlif nahiyyələrinin küt travması xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan ONA-ya bildirilib ki, müayinə zamanı E.Bayramova qaynı tərəfindən döyüldüyünü bildirib. E.Bayramovanın müalicəsi xəstəxananın travmatologiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti