Göyçayda dəhşətli qəza: 1 ölü, 4 yaralı

11:02 - 12 May 2019 - HADİSƏ

Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə gecə saat 03:00 radələrində olub. “Mercedes” və “Toyota” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Müskürlü kənd sakin 1983-cü il təvəllüdlü Qurbanov Vusal Fərman oğlu, Göyçay şəhər sakinləri - 1992-ci il təvəllüdlü Kərimli Məmməd Əlimövsüm oğlu, 1987-ci il təvəllüdlü Azadov Pərviz Yelmar oğlu, 1985-ci il təvəllüdlü Rüstəmov Nofəl Oqtay oğlu və Potu kənd sakini, 1991-ci il təvəllüdlü Kərimli Simran Akif oğlu müxtəlif xəsarətlər alıblar.

Vüsal Qurbanov ağır xəsarətlər aldığı üçün xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Digər yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti