Bakıda xanım sürücü "Prado" ilə piyadanı vurub - Video

10:25 - 12 May 2019 - HADİSƏ

Dünən Bakının Nərimanov rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. 

Ucnoqta.az baku.ws-ə istinadən xəbər verir ki, qəza saat 17:00 radələrində "Ganjlik Mall" ticarət mərkəzinin qarşısında yaşanıb. Hərəkətdə olan "10-XN-400" dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomobil piyadanı vurub. Nəticədə piyada zərbənin təsirindən hadisə yerindən bir neçə metr kənara düşüb.

Qəza yerindən görüntünü təqdim edirik:
Video: Avtomobil TV

Xəbər xətti