Mingəçevirdə çobanı ilan çalıb

23:23 - 11 May 2019 - HADİSƏ

Mingəçevirdə ilansancma hadisəsi qeydə alınıb.

Məlumata görə, şəhərin Vaqonlar adlanan ərazisindəki fərdi təsərrüfatda heyvanları otaran çoban, Kəlbəcər rayon sakini, 1989-ci il təvəllüdlü Abbasov Qaryağdı Kərəm oğlunu ilan çalıb.

Dərhal xəstəxanaya çatdırılan çobana tibbi yardım göstərilib və ilan zəhəri əleyhinə zərdab vurulub.

Hazırda onun müalicəsi xəstəxana şəraitində davam edir. ONA

Xəbər xətti