Bakıda qaldırıcı kran qırılaraq fəhlənin üzərinə düşüb

21:58 - 11 May 2019 - HADİSƏ

Bakının Yasamal rayonunda 50 yaşlı kişi faciəli şəkildə ölüb.

Hadisə Yeni Yasamal ərazisində baş verib. Belə ki, Siyəzən rayon sakini 1969-cu il təvəllüdlü Cəbiyev Ramiz Ağamalı oğlu qaldırcı kranla qalxaraq binanın istilik borusunu təmir edirmiş. Kranın trosu qırıldığından fəhlə yerə çırpılıb.

Bu zaman qaldırıcı kran onun üzərinə düşüb. R.Cəbiyev hadisə yerində vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb./ONA

Xəbər xətti