"Çempionluq asan olmadı" - Qurban Qurbanov

20:51 - 11 May 2019 - İDMAN

"Əlbəttə, sevindirici haldır. Çempionluğu daha əvvəl rəsmiləşdirməyimizə baxmayaraq, yenə də sevinirik".

Bu sözləri Azərbaycan Premyer Liqasının 28-ci turunun "Neftçi" ilə oyunundan (3:2) sonra "CBC Sport"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Çempionluğu şərh edən təcrübəli mütəxəssis bugünkü qarşılaşma ilə bağlı da qısaca fikirlərini bildirib:

"Oyuna ciddi hazırlaşmışdıq. Təkcə qalib gəlmək yox, azarkeşlər üçün yaxşı futbol göstərmək istəyirdik. Futbolçular bunu bacardılar. Rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm. Həmçinin "Neftçi"ni də. Yaxşı mübarizə apardılar. Bizim üçün asan olmadı"./qol.az

Xəbər xətti