Yaşlı kişi içərisində qadın olan avtomobili yandırıb qaçdı - VİDEO

16:58 - 11 May 2019 - HADİSƏ

İstanbulun Arnavutköy rayonunda naməlum yaşlı kişi içərisində qadın olan avtomobili yandırıb.

Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, insident Yassı Ören yolunda qeydə alınıb.

Yoldan keçən sürücü, bir şəxsin avtomobili yandıraraq qaçdığı barədə polisə məlumat verib.

Hadisə yerinə polis və yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanan maşın qısa müddət ərzində söndürülüb və baxış zamanı içərisindən yanmış qadın meyiti aşkarlanıb.

Şahid qismində polisə xəbər verən sürücü Necati Güngörmüş, “mən avtomobilimlə keçirdim. Baxdım ki, yolda bir nəfər yaşlı adam qaçır, maşın isə yanır. Bu barədə dərhal polisə məlumat verdim. Yanğın söndürüldükdən sonra, avtomobilin içərisində yanmış vəziyyətdə bir nəfərin olduğunu gördüm” – deyə bildirib.

Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi axtarır.

 

Namiq

 

Xəbər xətti