Göyərtəsində 51 sərnişin olan təyyarə yanacaqdaşıyan avtomobillə toqquşub

08:41 - 11 May 2019 - Xəbər

Kanadanın paytaxtı Torontonun beynəlxalq hava limanında "Air Canada" aviaşirkətinə məxsus təyyarə yanacaqdaşıyan avtomobil ilə toqquşub.

Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, insident "Bombardier DHC-8-300" təyyarəsnin eniş etməsindən sonra baş verib. Toqquşma nəticəsində 3 heyət üzvü və 2 sərnişin xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Torontodan Sadberiyə uçan və hava şəraitinin pis olması səbəbindən hava limanına qayıdan təyyarənin göyərtəsində 51 nəfər olub.

Xəbər xətti