Qazaxda çörək sexi yanıb

23:37 - 10 May 2019 - HADİSƏ

Qazax rayonunda yanğın olub.

 Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun İkinci Şıxlı kəndində ümumi sahəsi 280 kv.m olan birmərtəbəli tikilinin (çörəkbişirmə sexi kimi fəaliyyət göstərir) plastikdən ibarət üzlüyü, tavanı və divarında quraşdırılan taxta piştaxtalar 150 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti