Şəmkirdə yol qəzası baş verib, 10 nəfər xəsarət alıb

21:08 - 10 May 2019 - HADİSƏ

Şəmkir rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 10 nəfər yaralanıb. Onlardan 5 nəfəri Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha 5-i isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılardan bəzilərinin adları da məlum olub. Bunlar Arzu Rüstəmov, Ruslan Hüseynov və 1992-ci il təvəllüdlü Dursun Əsgərovadır.

İlkin məlumata görə, qəzaya düşən maşınlardan biri istixanada çalışan işçiləri aparırmış.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti