Ana səhifə
19 Sentyabr 2018

İŞİD-in 61 üzvü məhv edildi

İraqın qərb və şimalında beynəlxalq koalisiyaya aid döyüş təyyarələrinin və İraq ordusunun hücumları zamanı 61 İŞİD yaraqlısının öldürüldüyü deyilir.

 

 

Ucnoqta.az xəbər verir ki, AzNews.az-ın məlumatına görə, İraq ordusuna bağlı "Əl-Cezira və Əl-badi əməliyyatları" qurumunun komandiri general Ziya Kazım Anadolu agentliyinə verdiyi açıqlamada deyib ki, ölkənin qərbində olan əl-Enbar bölgəsində İŞİD-ə aid bir konvoya təşkil edilən hava hücumunda 30 nəfər öldürülüb, konvoyda olan 20 nəqliyyat vasitəsi, 2 tank və yanacaq daşıyan 2 tanker partladılıb.

 

İraq ordusunun komandiri Rəşid Felih də Enbarın şimalında 20 İŞİD üzvünün öldürüldüyünü vurğulayıb.

 

Kürdlərin kapitanı Şirzad Zahuli isə beynəlxalq koalisiyaya aid döyüş təyyarələrinin Mosulun 55 kilometr şimalında İŞİD yaraqlılarına aid ərazi hava hücumlarından sonra məhv edildiyini qeyd edib.

 

Zahuli hücumlarda 11 İŞİD üzvünün öldürüldüyünü, bir zenit raket qurğusunun da sıradan çıxarıldığını deyib.

 

Qeyd edək ki, terror təşkilatı olan İŞİD iyun ayında Mosul başda olmaqla bir çox yaşayış məntəqələrini ələ keçirdikdən sonra İraq ordusu və İŞİD yaraqlıları arasında qarşıdurmalar yaşanır. ABŞ-ın rəhbərliyilə beynəlxalq koalisiyanın hava qüvvələri bir müddətdir ki, İŞİD-in ələ keçirdikləri hədəfləri darmadağın edir.

Tarix
11 Oktyabr 2014 [11:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin