Mxitaryan Bakıya gələcəkmi?

12:25 - 10 May 2019 - İDMAN

Avropa Liqasında finala vəsiqə qazanan "Arsenal" problemlə üzləşib.

"Topçular"ın erməni futbolçusu Henrix Mxitaryan həlledici qarşılaşmanı buraxa bilər.

Azərbaycanla Ermənistan arasında davam edən münaqişə, üstəlik, Mxitaryanın 2011-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasına qanunsuz səfəri onun ölkəmizə buraxılmasına maneə yaradır. Bu səbəbdən "Arsenal" klubu yarımmüdafiəçisinin Bakıya gəlib-gəlməyəcəyini hələ bilmir. UEFA bu məsələdə İngiltərə təmsilçisini dəstəkləsə də, son sözü Azərbaycan tərəfi deyəcək.

Qeyd edək ki, "Arsenal" - "Çelsi" finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. (matc.az)

Xəbər xətti