Ərdoğan: Heç bir sanksiyalar Türkiyəni dayandırmayacaq

07:40 - 10 May 2019 - DÜNYA

Heç bir sanksiyalar və onlarla bağlı təhdidlər Türkiyəni dayandırmayacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara'nın Enleri mükafatının təqdimatı zamanı deyib.

Türkiyə Prezidenti qeyd edib: "Nə qədər ki, biz özümüzə güvənirik heç bir sanksiya və bununla bağlı təhdidlər, heç bir əlavə vergi tətbiq edilməsi, heç bir açıq, gizli embarqo bizi dayandıra bilməz".

Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyəni başqa yolla dayandırılmasının mümkün olmadığını görənlər, ölkənin ümidinə, ruhuna, hədəflərinə çatmaq istəyinə hücum edirlər./trend

Xəbər xətti