Tarixdə ilk dəfə: İki Avropa kubokunun finalçısı bir ölkəni təmsil edəcək

08:19 - 10 May 2019 - İDMAN

2018/19-ci illər Avropa kubokları mövsümü tarixə bir ilk kimi düşüb.

İlk dəfə olaraq həm Çempionlar Liqası, həm də Avropa Liqasının finalında bir ölkənin təmsilçiləri üz-üzə gələcək. Çərşənbə günü, mayın 29-də Bakıda keçiriləcək Avropa Liqasının final matçında "Çelsi" və "Arsenal" qarşılaşacaq. Şənbə günü, iyunun 1-də Madriddə (İspaniya) keçiriləcək Çempionlar Liqasının finalında isə "Tottenhem" və "Liverpul" üz-üzə gələcək.

İngiltərə çempionatında sona bir tur qalmış "Liverpul" 2-ci, "Çelsi" 3-cü, "Tottenhem" 4-cü, "Arsenal" isə 5-ci pillədə qərarlaşıb.

Birinci yerdə gedən "Mançester Siti" Çempionlar Liqasının ¼ final mərhələsində "Tottenhem"ə məğlub olub. Report

Xəbər xətti