Ana səhifə
22 May 2018

“İKT-də Qızlar günü” qeyd ediləcək

Gələn il “İKT-də Qızlar günü” (Girls in ICT Day” ) aprelin 23-də qlobal səviyyədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində  qeyd ediləcək.

 

 

Ucnoqta.az bildirir ki, “İKT-də Qızlar günü” BTİ-yə üzv ölkələrin razılaşması əsasında hər il aprelin 4-cü cümə axşamı qeyd edilir.  

Bu təşəbbüsün əsas məqsədi qızları İKT sahəsində təhsil almağa və peşəkar fəaliyyətə cəlb etməkdir. Bu gün İKT müəssisələrində açıq qapı günləri keçirilir, bu sahədə işləyən qadınlarla görüşlər təşkil olunur və bu sahədə təcrübə almaq imkanı təqdim edilir.

Bu günədək dünyanın 140 ölkəsində 3,500 belə tədbir təşkil olunub və bu tədbirlər 111 min qız və qadını  qlobal səviyyədə əhatə edib.

Qeyd edək ki, bu il “Bakutel 2014” sərgi-konfransı çərçivəsində ”Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubu yaradılıb və bu qurumun əsas məqsədi BTİ-nin  qadınların və qızların İKT sahəsinə cəlb edilməsi ilə bağlı qlobal məqsədlərin Azərbaycanda reallaşmasına kömək etməkdir.

 

Tarix
25 Dekabr 2014 [20:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin