Salyanda ağır qəza, xəsarət alanlar var

10:09 - 9 May 2019 - HADİSƏ

Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün gecə saatlarında yeni Ələt-Astara magistral yolunun Arbatan kəndi ərazisindən keçən hissəsində olub.

Hərəkətdə olan VAZ markalı avtomobil idarəetməni itirərək mühafizə səddinə çırpılıb. Nəticədə avtomobildə olan Gəncə şəhər sakinləri - 1981-ci il təvəllüdlü Allahverdiyeva Səkinə Abas qızı, 1977-ci il təvəllüdlü Məmmədov Elçin Quzu oğlu, 1992-ci il təvəllüdlü Məmmədov Habil Bəhrəm oğlu və 1989-cu il təvəllüdlü İsmayılov Rauf İsrafil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti