Tramp Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

04:15 - 9 May 2019 - DÜNYA

Amerika lideri Donald Tramp Suriyaya qarşı fövqəladə vəziyyət rejiminin və sanksiyaların uzadılması barədə ABŞ Konqresini məlumatlandırıb. "Report" xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb. Bildirilir ki, fövqəladə vəziyyət rejimi 2004-cü ilin mayında tətbiq olunub. Ötən illər ərzində fərmana Dəməşqə qarşı əlavə tədbirlər əlavə edilib. "Rejimin azadlığa və mötəbər hökumət qurmağa çağıran Suriya xalqı ilə amansız müharibəsi Suriya xalqının özünü təhlükə altına qoymaqla yanaşı, bütün regionda qeyri-sabitlliyə səbəb olur. Suriya rejiminin əməl və siyasəti ekstremizmin artmasına rəvac verməkdədir, həmçinin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün son dərəcə təhlükə kəsb edir", - deyə məlumatda bildirilir.

Xəbər xətti