Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

"Ayaks" və "Tottenhem" komandaları qitənin bir nömrəli klub turnirində həlledici oyuna sonuncu vəsiqə uğrunda cavab matçına çıxıblar. 

Londondakı ilk görüşdə hollandlar minimal hesabla qalib gəldiyindən üstünlük onların tərəfində idi. Cavab matçında da Amsterdam təmsilçisi fasiləyə qədər üstün olub - 2:0. Lakin ikinci hissədə qonaqların yarımmüdafiəçisi Lukas Moura 3 qol vuraraq komandasına möhtəşəm qələbə qazandırıb. "Real", "Yuventus" kimi klubları mübarizədən kənarlaşdıran "Ayaks" matçın son saniyələrində buraxdığı qolla finaldan məhrum olub. Həlledici oyuna vəsiqəni "Tottenhem" əldə edib. 

Qeyd edək ki, "Tottenhem" finalda "Liverpul"la üz-üzə gələcək. İngilis finalı iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.

8 may Çempionlar Liqası Yarımfinalın cavab oyunu

"Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə) - 2:3 Qollar: De Liqt, 5 (1:0), Zieş, 35 (2:0), L.Moura, 55, (2:1), 59 (2:2), 90+6 (2:3) İlk oyun - 1:0

Qol.az
Tarix
9 May 2019 [03:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-09 03:25:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin