Parisdən Mumbaya uçan təyyarə İranda enməyə məcbur olub

00:20 - 9 May 2019 - DÜNYA

Fransanın “Air France” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İranın İsfahan şəhərindəki Şəhid Beheşti adına beynəlxalq hava limanına məcburi eniş edib.

Bu barədə “IRNA” agentliyi yerli böhran vəziyyətləri idarəsinə istinadən məlumat yayıb. Bildirilir ki, nəticədə heç kim xəsarət almayıb.

“Air France” şirkətindən yayılan açıqlamaya görə, Parisdən Mumbaya uçan təyyarə havalandırma sistemində yaranmış nasazlıq səbəbindən məcburi eniş etməli olub. Şirkət yaranmış xoşagəlməz hala görə öz müştərilərindən üzr istəyib./ONA

Xəbər xətti