Bakıda 10 yaşlı qızı maşın vurub

23:19 - 8 May 2019 - HADİSƏ

Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun 2-ci mədən, korpus 170, ev 10 ünvanında qeydə alınıb. 2009-cu il təvəllüdlü Əliyeva Bahar Azər qızını həyətlərində "Mercedes" markalı avtomobil vurub. Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Xəstənin vəziyyəti ağır qiymətləndirilir./report

Xəbər xətti