Yük maşını sərnişin qatarı ilə toqquşdu: 5-i ağır, 20 yaralı - FOTO

11:10 - 8 May 2019 - HADİSƏ

Almaniyada yük maşınının sərnişin qatarı ilə toqquşması nəticəsində 20 nəfər xəsarət alıb.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin Şlezviq-Qolşteyn federal torpaqlarında baş verib. Bu barədə “NDR” teleradio şirkəti məlumat yayıb.

Yaralılar arasında 5 nəfərin vəziyyəti ağırdır. Onlar helikopterlə xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.

 

Namiq

Xəbər xətti