Bakıda yataqxanada yanğın- Foto

22:04 - 7 May 2019 - HADİSƏ

Paytaxtın Binəqədi rayonunda yanğın qeydə alınıb.

Yanğın 7-ci mikrorayonda yerləşən yataqxanaların birində qeydə alınıb.

Yataqxanada bir müddət əvvələ qədər məcburi köçkünlər yaşayıb. Onların bir qismi Qobu qəsəbəsinə köçürülüb. Hazırda binada 10-a yaxın ailə yaşayır. Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub./ona

Xəbər xətti