Təyyarə qəzasında 41 nəfərin ölüm səbəbi bilindi — Foto

15:45 - 7 May 2019 - Xəbər

Rusiyanın paytaxtı Moskvadakı təyyarə qəzasının detalları məlum olub.

Təcili eniş edərkən alovlanan sərnişin təyyarəsində 41 nəfərin ölümünə səbəbin nə olduğu məlum olub. Dmitri Xlebuşkin adlı sərnişin yuxarı dolabdakı baqajını götürmək üçün yolu bağlayıb və insanlar da bu səbəbdən ölüblər.

Baş verən faciədən sonra istintaq başlayıb və detallar üzə çıxıb. Sağ qalan şəxslər mətbuata müsahibə veriblər. Bəzi sərnişinlər təyyarədən təxliyə ediləndə Dmitri Xlebuşkin adlı artıq çəkili bir sərnişinin yolu tıxadığını bildirərək şikayət ediblər. 10C nömrəli oturacaqda əyləşən Xlebuşkin yolu tıxadığı üçün arxasında oturan 3 nəfəri xilas etmək mümkün olub./olke.az

 

Xəbər xətti