Gəncədə 4 yaşlı uşağın üstünə qaynar su ilə dolu termos aşıb

09:07 - 7 May 2019 - HADİSƏ

Gəncədə 4 yaşlı uşaq ehtiyatsızlıqdan yanıb.

Hadisə şəhərin "DOST 102" adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, 4 yaşlı Tunar Quliyev içərisində qaynar su olan termosun aşması nəticəsində yanıq xəsarətləri alıb. Uşaq dərhal xəstəxanaya yerləşdirilib. Azyaşlıya bədənin 45%-nin termiki yanığı diaqnozu qoyulub.

Onun vəziyyətinin hazırda kafi olduğu bildirilir./ONA

Xəbər xətti