Kiçik təyyarə qəzaya uğradı: 3 ölü, 1 yaralı

13:46 - 6 May 2019 - HADİSƏ

Kanadada kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Global News” telekanalı əyalətin hərbi xidmətinə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, mayın 4-ü göyərtəsində 4 nəfərin olduğu “Cessna 182” təyyarəsi Smiters şəhərinin şimal-şərqində meşəlik əraziyə düşüb.

İlkin olaraq 1 nəfərin öldüyü təsdiq edilmişdi.

Britaniya Kolumbiyasının hərbi xidmətinin nümayəndəsi Endi Uotson qeyd edib ki, təyyarədə olan üçüncü sərnişin sağ qalıb və o, xəstəxanaya yerləşdirilib.

Hazırda insidentlə bağlı araşdırma aparılır.

 

Namiq

Xəbər xətti