Avtobus yandı – 8 ölü, 4 yaralı

11:34 - 6 May 2019 - HADİSƏ

Pakistanda sərnişin avtobusunun yanması nəticəsində 8 nəfər ölüb, 4 nəfər isə yanıq xəsarətləri alıb. Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident ölkənin şimalında yerləşən Pəncab əyalətinin Jhelam şəhərində baş verib, bu barədə mayın 6-sı “Geo TV” məlumat yayıb.

İlkin məlumatlara görə, yanğına naqillərdə yaranan qısaqapanma səbəb olub.

Bilidrilir ki, içində 16 sərnişinin olduğu avtobus Laxordan Ravalpində hərəkət edirmiş.

Yaralılar xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti normal olduğu deyilir.

Polis hadisə bağlı araşdırma aparır.

 

Namiq

Xəbər xətti