Səhiyyə Nazirliyi: Salyanda mikroavtobus qəzasında bir uşaq ölüb, 7 nəfər yaralanıb

10:24 - 6 May 2019 - HADİSƏ

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən  verilən məlumata görə, 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.
Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Vita” markalı avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb./trend

 

Xəbər xətti