Yevlaxda AİLƏ FACİƏSİ: ata maşını ilə 4 yaşlı övladını vurub öldürüb

08:47 - 6 May 2019 - HADİSƏ

Yevlax şəhərində tükürpədici hadisə baş verib.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhərinin Fizuli küçəsində baş verib. Belə ki,  ata özünə məxsus idarə etdiyi maşını ilə manevr edərkən ehtiyatsızlıqdan  avtomobilin ətrafında dolaşan 4 yaşlı oğlunu görməyib.

Nəticədə ata 2015-ci il təvəllüdlü oğlu - Kənan Ruslan oğlu İsmayılovu vuraraq ona ağır xəsarət yetirib.
Yaralı uşaq xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. K.İsmayılov xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti