İsrail Qəzzanı bombaladı - 18 ölü

22:37 - 5 May 2019 - DÜNYA

Son iki gündə İsrailin Qəzzaya atdığı raket zərbələri nəticəsində 18 fələstinli həlak olub.

Bu barədə Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl Kidra məlumat verib. “18 Fələstin vətəndaşı həlak olub, onlardan ikisi qadındır. Ana bətnində olan iki körpə də bu fəlakətə qurban gedib.110 nəfər yaralı var”,- deyə mətbuat katibi qeyd edib.

İsrail bir sutka ərzində Fələstin tərəfinə 600 raket zərbəsi vurub, 300 məntəqə hədəfə alınıb.

Fələstinin açdığı cavab atəşləri İsraildə 3 nəfərin ölümünə səbəb olub./oxu.az

Xəbər xətti