Putinlə Tramp arasında telefon danışığı olub

21:11 - 3 May 2019 - DÜNYA

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyinə görə, söhbət 1,5 saat davam edib.

Bununla yanaşı, CNBC xəbər verir ki, Ağ Evin mətbuat katibi Sara Sanders də tərəflərin Şimali Koreya və Venesueladakı vəziyyəti, ABŞ, Rusiya və Çin arasında imzalanması ehtimal edilən yeni nüvə sazişi ilə bağlı məsələləri, həmçinin ABŞ-da 2016-ci il seçkilərinə Rusiyanın müdaxiləsini araşdıran xüsusi müstəntiq Robert Müllerin məruzəsinə dair fikir mübadiləsi apardıqlarını bildirib.

Xəbər xətti