Meksikada kütləvi zəhərlənmə: 1400 insan zəhərləndi

07:18 - 3 May 2019 - DÜNYA

Meksikanın Verakrus ştatında Uşaq Günü bayramı şənliklərində təzminən 1,4 min insan zəhərlənib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Meksikanın Səhiyyə Nazirlindən bildiriblər. İlkin məlumata əsasən, xəstəxanalara 1358 nəfər çatdırılıb, onların arasında qadınlar və uşaqlar da var. Qeyd edilir ki, zəhərlənənlərə tibbi yardım göstərildikdən sonra onlar evlərinə buraxılıb və həkimlər 4 gün ərzində kütləvi zəhərlənmənin səbəbini öyrənmək niyyətindədirlər.

Xəbər xətti