Messi milli komandada oynamaqdan imtina edib

20:05 - 2 May 2019 - İDMAN

Futbol üzrə İspaniya milli komandasının keçmiş baş məşqçisi Visente Del Boske çox maraqlı açıqlama verib.

İspan mütəxəssisin dediyinə görə, “Barselona”nın ulduzu Lionel Messi bütün klub karyerasını keçirdiyi ölkənin yığmasından dəvət alıbmış. Bizimyol.info xəbər verir ki, Del Boske “Radio Villa Trinidad”ın canlı efirində faktı açıqlayıb.

İspan mütəxəssis deyib: “Messi İspaniya milli komandasını xeyli gücləndirərdi. Dəqiq bilirəm ki, federasiya onu yola gətirmək üçün çox çalışıb. Messi hər dəfə imtina edirdi. Çünki öz ölkəsinin milli komandasında oynamaq istəyirdi”.

Del Boske deyib ki, Messi ilə İspaniya milli komandasında birlikdə işləmək istərdi: “Çünki dünyada onun kimi futbolçu yoxdur”.

Xəbər xətti