Ana səhifə
18 Fevral 2018

«Uşaqlar üçün yazılan ssenarilərdə diqqətli olmaq lazımdır»

Arzu Soltan: «Günümüzün reallıqlarını nəzərə almaq və insanların yaşadıqlarını güzgü kimi göstərmək lazımdır»

 

 

Ənvər Abbasov: «Həyatda baş verən hadisləri ssenariləşdiririk»

 

Hər bir ekran əsərində aktyorun, rejissorun rolu olduğu kimi, ssenaristin də əməyi böyükdür. Bu gün televiziyalarda bir çox seriallar yayımlanır. Bəziləri bayağı, bəziləri maraqlı, bəziləri də baxımsız… Ümumiyyətlə, ssenari yazılarkən əsas şərt nə götürülür və ssenarilər Azərbaycan tamaşaçısına nə verir? Bu haqda “Üç nöqtə”yə danışan “Pərvanələrin rəqsi” serialının ssenari müəllifi Arzu Soltan dedi ki, mövzuya uyğun müxtəlif mövzulu ssenari yazır: “Uşaqlar üçün müxtəlif mövzulu tamaşa ssenariləri, televiziya tamaşaları və seriallar üçün ssenari yazıram. Ssenari yazarkən müasir həyatla əlaqələnməsinə çalışıram. Eləcə də, sifariş edilən mövzuya uyğun işləyirik. İnsanların maariflənməsinə, dünyagörüşünün inkişafına xidmət etməyə çalışırıq. Əsasən Bakı Uşaq Teatrının tamaşalarına ssenari hazırlayıram və daha çox maarifləndirci mövzulara yer ayırırıq. Ssenari yazmazdan əvvəl mövzunu əvvəlcədən dərindən öyrənməyə çalşıram. Məsələn,  “Xaş-xaşın göz yaşları” tamaşası gənclər arasında narkomaniyanın qarşısını almaq üçündür. Gənclərimizin narkomaniya bəlasından qorumaq üçün maarifləndirici tamaşadır. Onun ssenarisini yazmazdan əvvəl narkotik maddələrdən istifadə, onun yaratdığı fəsadlar, insanların bu girdaba düşməsi haqqında çoxlu kitablar oxudum”.

Arzu Soltan onu da dedi ki, uşaqlar üçün yazılan ssenarilərdə daha çox diqqətli olmaq lazımdır: “Tamaşaya elə bir ssenari yaza bilərsən ki, o gənc tamaşançını başqa istiqamətə yönəldə bilər. Ona görə də, həssas, diqqətli olmaq və dünyagörüşü formalaşmamış insanları nəzərə almaq lazımdır”.

Seriallardan söhbət açan ssenarist xanım qeyd edti ki, bəzi serialların mövzusu maarifləndirici deyil, daha çox insanların boş vaxtlarında baxa biləcəyi əyləncə xarakterlidir: «Seriallarda günümüzün reallıqlarını nəzərə almaq və insanların yaşadıqlarını güzgü kimi göstərmək lazımdır. İstəyirəm ki, insanlar ekran əsərlərindən və tamaşalardan müsbət nəticə çıxarsınlar. İşimlə bağlı seriallarımızı izləyə bilmirəm. Öz serialımız haqqında danışa bilərəm. “Pərvanələrin rəqsi” serialı Azərbaycanda efirdə yayımlanan ilk seriallardandır. Yayımlanmasından xeyli vaxt keçməsinə baxmayaraq, hara getsək serial haqda müzakirələr eşidirik. Xarici ölkələrdə yaşayan  azərbaycanlılar belə serial haqında danışırlar. Bu serialda insanlara həqiqi realığı göstərməyə çalışdıq. Tamaşaçılar daha çox serialın niyə kədərli sonluqla bitməsini soruşurlar. Serial yalan üzərində qurulan bir xoşbəxtlikdən bəhs edir və axırda da yalana görə ifşa olunur. Əgər biz onu yaxşı bitməsini göstərsəydik, düzgün olmazdı. Ekran əsrlərinə dünyagörüşü formalaşmamış  insanlar, gənclər baxırlar”.

“Köhnə bacanaqlar” və “Bozbash Pictures” seriallarının ssenari müəllifi Ənvər Abbasov isə dedi ki, ssenari yzrarkən müasir həyatda baş verən hadisləri, gündəmi nəzərə alır: “Yazdığımız ssenarilərdə məişət mövzularına toxunuruq, amma daha çox gündəmi nəzərə alırıq. Təbii ki, ssenaridə Azərbaycan mentaliteti də olmalıdır. Həyatda baş verən hadisləri ssenariləşdiririk. Son zamanlar «Koroğlu» körpüsünə tez-tez çıxanlar olur. Kimin 5000 manat borcu var, kreditini verə bilmir, körpüyə çıxır. O hadisləri də ssenari olaraq işləyib göstəririk ki, bu hərəkət düzgün deyil. Olmaz. Hansısa hadisə baş verən kimi körpüyə çıxmaq düzgün deyil. Eləcə də müasir mövzulardan biri də gəlinin tez-tez toydan qaçmasıdır. O  mövzuya da ssenari yazdıq və “Bozbaş Pictures”də təqdim etdik. Yumor vasitəsilə maarifləndirici mövzulara da toxunuruq».

 

Rəqsanə

Tarix
24 Dekabr 2014 [16:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ