UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçiriblər

15:11 - 1 May 2019 - İDMAN

Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar UEFA nümayəndələri Azərbaycana növbəti dəfə səfər edib.

Budəfəki səfər mayın 29-da baş tutacaq qarşılaşmanı qəbul edəcək Bakı Olimpiya Stadionunda ot örtüyünün vəziyyəti ilə tanışlıq məqsədi daşıyıb.

Mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırki vəziyyəti müsbət qiymətləndiriblər. Avropa Liqasının final oyununun təşkili ilə əlaqədar Əməliyyat Qrupunun Bakı Olimpiya Stadionunda yerləşən ofisində UEFA-nı təmsil edən mütəxəssislərlə AFFA-nın baş katibi Elxan Məmmədovun və Əməliyyat Qrupu üzvlərinin görüşü keçirilib, fikir mübadiləsi aparılıb.

Əməliyyat Qrupunda fəaliyyət göstərən mütəxəssislər final oyununa qədər qalan müddət ərzində BOS-un ot örtüyünü yüksək səviyyədə saxlamaq üçün müvafiq işlərin görüldüyünü bildirib, bunun üçün xüsusi avadanlıqlardan istifadə olunduğunu qeyd ediblər./ONA

Xəbər xətti