Çempionlar Liqasında erkən final

11:24 - 1 May 2019 - İDMAN

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

 İspaniyanın “Barselona” “Kamp Nou” stadionunda İngiltərə “Liverpul”unu qəbul edəcək. Bir çoxları bu qarşılaşmanı erkən final da adlandırırlar.

Maraqlı statistikadır ki, Katalon klubu ÇL-da keçirdiyi oyunların heç birində məğlub olmayıb. İngilislər isə qrup mərhələsindəki bütün səfər oyunlarından məğlubiyyətlə ayrılıb.

Qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyununda  Hollandiyanın “Ayaks” klubu növbəti sensasiyaya imza ataraq, İngiltərənin “Totenhem” klubunu minimal hesabla məğlub edib./oxu.az

Xəbər xətti