Ana səhifə
17 Avqust 2018

"Alibaba" saxta mallarla mübarizəyə 161 milyon dollar xərcləyib

Çinin elektron ticarət sahəsində fəaliyyət göstərən dünyanın nəhəng "Alibaba Group Holding” şirkəti 2013-cü ilin əvvəlindən 2014-cü ilin noyabrınadək saxta mallarla mübarizə aparmaq üçün 1 milyard yuan (161 milyon dollar) sərf edib.

 

 

Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

“Alibaba Group” saxta mallarla mübarizədə öz məsuliyyətinin ciddiliyini dərk edir, - şirkət direktoru Conatan Lu deyib.

Saxta malların olması şirkətin beynəlxalq fəaliyyətinə, xüsusilə alıcıların, pərakəndə satış investorlarının və tərəfdaşların cəlb edilməsinə mənfi təsir göstərə bilər.

Saxta mallar problemi ümumilikdə Çində ciddi problem olaraq qalır. Noyabrda Çinin onlayn pərakəndə satış şirkətləri birgünlük kütləvi satış keçirdikdən sonra Çin Dövlət Sənaye və Kommersiya İdarəsi bu gün ərzində satılan malların 10 faizindən çoxunun saxta olmasını müəyyən edib (mincom.gov.az).

Tarix
24 Dekabr 2014 [20:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin