Qaz limiti artırıldı bəs işıq? - Açıqlama

21:43 - 30 Aprel 2019 - Xəbər

Azərbaycanda qaza tətbiq olunan limitin artırılmasından sonra elektrik enerjisinə qoyulan limitin artırılması məsələsi  gündəmə gəlib. 

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı “Azərişıq” ASC-dən Buta.media-ya bildirilib ki, bu məsələ Tarif Şurasından asılıdır.

““Azərişıq” icraedici orqandır . Qanunla hansı limit, hansı tarif qəbul olunursa, biz də onun icrasını həyata keçiririk. Yəni, biz icraedici orqanıq. Gələcəkdə də hansı tarif, hansı limit qüvvədə olacaqsa, işimizi ona uyğun icra edəcəyik”. - açıqlamada deyilir.

Bu məsələ ilə bağlı “Azərişıq” ASC-nin hər hansı bir təklifinin olub-olmadığına gəlincə, qurumdan məsələnin hazırda müzakirə predmeti olmadığını deyiblər.

Xəbər xətti