"Səni axtarıram"da görün kimə elçi düşdülər? — FOTO

19:04 - 30 Aprel 2019 - Xəbər

"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişinin əməliyyat etdirdiyi Aytən adlı qıza canlı efirdə elçi gəlib.

Salyan rayonundan olan Mehman Süleymanov adlı gənc Aytənlə ailə qurmaq üçün studiyada ona elçi düşüb. ​X.Hidayətqızı isə bildirib ki, oğlanın ailəsini araşdırmadan müsbət cavab verməyəcək.

Qeyd edək ki, sözügedən verilişdə Aytənin müalicəsi üçün 50 min manat vəsait yığılmışdı./olke.az


Xəbər xətti