Erməni silahlıları DSX-nin sərhəd döyüş məntəqələrini atəşə tutub

18:55 - 30 Aprel 2019 - Xəbər

29-30 aprel tarixlərində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri Ermənistan Respublikasının Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub.

Bu barədə DSX-dən məlumat verilib. Xidmətdən verilən məlumatda bildirilib ki, bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açıl­ıb.

 

 

Xəbər xətti