Ermənistan əsgəri sərhəddə güllələnib

17:56 - 30 Aprel 2019 - Xəbər

Ermənistan ordusunun əsgəri naməlum şəraitdə yaralanıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsurun Ovannisyan “Facebook” səhifəsində yazıb.

Hadisə aprelin 30-da Azərbaycanla sərhəddə yerləşən Ermənistanın Tavuş vilayətində dislokasiya olunan hərbi hissədə baş verib. Əsgərin kəllə nahiyəsindən yaralandığı qeyd edilib. Onun vəziyyəti sabit-ağır qiymətləndirilir.

Yaralı əsgər helikopterlə Yerevana aparılıb. 

Xəbər xətti