Tovuz rayon sakini göbələkdən zəhərlənib.
Hadisə Tovuz rayonunun Əlmərdanlı kəndində baş verib.
Rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Hüseynov Yusif Məhəmməd oğlu Əlmərdanlı kəndində fermanın otlaq sahəsindən yabanı halda bitmiş göbələyi yığıb həmin fermanın həyətində yaşadığı 1 otaqlı evdə odun sobasının üstündə bişirərək yeyib.
Y. Hüseynov göbələyi yeyəndən bir neçə saat sonra mədəsində şiddətli ağrılar olduğunu bildirib və qəfil ölüb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır./trend