Rusiyada sərnişin avtobusu "KaMAZ"la toqquşub: xəsarət alanlar var - Video

08:41 - 30 Aprel 2019 - HADİSƏ

Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Orlovsk vilayətinin Kromsk rayonunda baş verib.

Belə ki, avtobus "KamAZ"la toqquşaraq yoldan çıxıb və yol kənarındakı xəndəyə aşıb. Hadisə nəticəsində 26 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 1-i cərrahi əməliyyat edilib. Qeyd edilir ki, hazırda xəstəxanada 12 nəfərin müalicəsi davam etdirilir.

Qəza zamanı xəsarət almış daha 2 qadın müalicə üçün Orlovsk vilayətinin kliniki xəstəxanasına göndəriləcək. 

Xəbər xətti