""Formula 1" yarışlarının 4-cü dəfə Bakıda keçirilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin bəhrəsidir"

00:11 - 30 Aprel 2019 - SİYASƏT

Bakıda artıq 4-cü dəfə keçirilən "Formula 1" yarışlarına aprelin 26-dan start verildi.

Yenə  dünyanın gözü Bakıda oldu. "Azərbaycan 2016-cı ildə Bakı şəhərində yeni "Formula 1 Grand-prix" tədbirini keçirmək barədə müqaviləni imzalamaqla, dünya idman səhnəsində özünü bir daha tanıtmağa müvəffəq oldu. “Formula 1” üzrə dünya çempionatı ilk dəfə 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub

Builki yarış “Formula 1 SOCAR Azərbaycan Qran-Prisi-2019” adı altında keçirildi.

Related image

“Formula 1” yarışlarının Azərbaycanda keçirliməsi turizmin inkişafına da böyük töhvə verdi. Yüzminlərlə turist ölkəmizə axın etdi. Bakının gözəlliyi turistləri valeh etdiyi üçün artıq hər il davamlı olaraq bura axın edirlər. Ölkədə gedən sürətli inkişaf turistlərin diqqətindən də yayınmadı. Onlar xoş təəssüratla vətənə dönürlər.

Related image

Cari il Azərbaycan, müxtəlif idman növləri üzrə bir neçə irimiqyaslı yarışa ev sahibliyi edəcək. İnanıram ki, böyük idman yarışları və tədbirləri növbəti illərdə də Azərbaycanın idman həyatında mühüm hadisə kimi yadda qalacaqdır. Bütün bunlar, eləcə də 2019-cu ildə idman və bədən tərbiyəsi sahəsində görülməsi nəzərdə tutulan digər işlər, Prezident İlham Əliyevin idmanın inkişafına, eyni zamanda, yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi bu sahənin, eləcə də həmin idman növlərinin inkişafına, idmanın kütləviliyinin təmin olunmasına xidmət edir. 2018-ci il ölkəmiz üçün idman sahəsində çox uğurlu il olub. Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı parlaq qələbələr respublikamızın idman ölkəsi olduğunu bir daha təsdiqlədi.

Image result for

Aytəkin Ədalət qızı

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşı

Xəbər xətti