Azərbaycanda daha bir ağır qəza - Foto

18:00 - 29 Aprel 2019 - HADİSƏ

Şamaxıda yoldan çıxan avtomobil hasara çırpılıb. İki nəfər xəsrət alıb.

Hadisə saat 16:00 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şamaxı sakini Dilqəm Mahmudovun idarə etdiyi “Niva” markalı avtomobil yoldan çıxaraq yolun kənarındakı daş hasara çırpılıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Avtomobildə olan sərnişin - Şamaxı rayon sakini 1958-ci il təvəllüdlü Feyzullayev Günəş Xandadaş oğlu ağır bədən bədən xəsratələri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti