Rusiyada axtarışda olan Özbəkistan vətəndaşı İsmatov Farxod Samadoviç Azərbaycana gələn zaman tutulub.
Ucnoqta.az "Report"-a istinadən xəbər verir ki, o, Heydər Əliyev Beynəlxalq hava limanında saxlanılıb.
30 yaşlı F.İsmatov Rusiya Cinayət Məcəlləsinin 291.2.1-ci (rüşvət) maddəsi ilə axtarışda olub.