Azərbaycan Türkiyədə hərbi təlimlərdə iştirak edəcək

17:26 - 29 Aprel 2019 - Xəbər

Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) Türkiyədə keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.

Təlimlər “Anadolu Ankası - 2019” adı altında keçiriləcək.

Azərbaycanla yanaşı, Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya HHQ-lərinin də qatılacağı hərbi təlimlər bu il mayın 13-24-də Konyada baş tutacaq.

Hərbi təlimlərdə adıçəkilən ölkələrdən ümumilikdə 100 hərbçi iştirak edəcək./trend

Xəbər xətti