Ana səhifə
14 Noyabr 2018

Berti Foqts milliyə 25 futbolçu çağırdı

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliyanın Palermo şəhərində İtaliya, oktyabrın 13-də isə Xorvatiyanın Osiyek şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Ucnoqta.az-ın məlumatına görə, bununla əlaqədar millimizin oktyabrın 3-dən 8-dək Almaniyanın Frankfurt şəhərində, oktyabrın 8-dən 11-dək İtaliyanın Palermo şəhərində, oktyabrın 11-dən 14-dək isə Xorvatiyanın Osiyek şəhərində təlim-məşq toplanışı keçiriləcək.

Qeyd edək ki, Ufuk Budak, Taşkın İlter və Dmitri Nazarov təlim-məşq toplanışında oktyabrın 4-dən iştirak edəcəklər.

Qapıçılar: Kamran Ağayev (“Qəbələ”), Səlahət Ağayev (“İnter”), Emil Balayev (“Neftçi”)

Müdafiəçilər: Bədavi Hüseynov, Maksim Medvedev, Tərlan Quliyev (hamısı “Qarabağ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Elvin Yunuszadə, Elnur Allahverdiyev (hər ikisi “Neftçi”), İlkin Qırtımov (“Simurq”), Ruslan Əmircanov (“Qəbələ”), Ufuk Budak (“Qaziantep BB”, Türkiyə)

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ruslan Abışov, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Qara Qarayev (“Qarabağ”), Araz Abdullayev (“Neftçi”), Taşkın İltər (“Ayntraxt” Braunşveyq, Almaniya), Abdulla Abatsiyev (“İnter”)

Hücumçular: Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev, Ağabala Ramazanov (hər ikisi “Xəzər Lənkəran”), Rüfət Dadaşov (“Saarbrükken”, Almaniya), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Məhəmməd Qurbanov (“Sumqayıt”).

Tarix
29 Sentyabr 2014 [21:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin